bazar 2 noyabr 2025 - 00:01
Hövzə Xəbər Agentliyinin "Qara Kodlar" sənədli filmi mövzusunda analitik hesabatı

“‘Qara Kodlar" sənədli filmi on illərdir ki, ABŞ diplomatiyasının pərdəarxası gizli qalmış mürəkkəb şifrələr, sənədlər və faktlarına rəmzi bir işarədir. Bu mövzuya isə geniş ictimaiyyət indiyədək nisbətən az diqqət yetirmişdir.

Hövzə Xəbər Agentliyinin məlumatına görə, ötən ilin bu günü “Qara Kodlar” adlı sənədli filmin prodüseri Ümid Nəimi və Məsud Məliki məşhur rejissoru isə Məcid Rasteqar olmaqla İran dövlət televiziyasının birinci kanalında ilk dəfə yayımlanmışdır. Bu sənədli film 4 noyabr 1979-cu il tarixində casus yuvasının (ABŞ səfirliyinin) ələ keçirildiyi günü tarixindən başlayaraq ABŞ-ın media və mədəniyyət fəaliyyətlərinə dair cəlbedici bir faktı təqdim edir.

Sənədli film belə suallara cavab axtarır: Media Karterin köməyinə necə çatdı?

Amerika xalqı “İmamın xətti üzrə tələbələrin" nədən qəzəbləndiklərini və nəyə görə casus yuvasını ələ keçirdiklərini dərk etdimi?

ABŞ öz casuslarını necə milli qəhrəmana çevirdi? və s...

Casus yuvasının ələ keçirilməsinə yeni baxış bucağı

Bu sənədin müəllifləri Amerika mənbələri əsasında bir neçə illik tədqiqat apararaq, casus yuvasının ələ keçirilməsi hadisəsinə yeni bir baxış bucağı qazandırmış və bu səbəbdən, film rəvayətlərin toqquşması müstəvisində mühüm əhəmiyyət daşıyır.

Kollektiv yaddaşın bərpasında sənədli filmin rolu

Filmlə bağlı digər mühüm məqam ondan ibarətdir ki, müasir dünyada kollektiv yaddaş artıq yalnız insanların zehnində məhdudlaşmır. Bu əksinə, vizual yaddaşdan doğan bir sənət formasıdır ki, tarixi həqiqəti yenidən dirildir.
Beləliklə, sənədli arxiv janrında tamaşaçı yalnız rejissorun təhlilini dinləyən deyil, həm də rejissorun təqdim etdiyi real sənədlərin şahidinə çevrilir. Bu xüsusiyyət “Qara Kodlar” kimi sənədli filmləri xüsusi cəlbedici və əhəmiyyətli edir.

Arxiv materiallarından məqsədyönlü istifadə

Digər tərəfdən, sənəd müəlliflərinin fikrincə, arxiv heç vaxt tam neytral məkan deyil. O faktların toqquşduğu bir məkandır. Arxiv sənədçisi əvvəllər adi insanların ixtiyarında olmayan görüntü və sənədləri bir araya gətirməklə, yeni mənalar yarada və gizli qalan rəvayətləri üzə çıxara bilər.

Bu baxımdan demək olar ki, 67 dəqiqəlik “Qara Kodlar” sənədli filmi unudulmuş sənəd və görüntüləri bərpa etməklə, müəyyən mənada milli yaddaşın yenidən qurulmasına xidmət edir.

Tarixi hadisələrin yeni oxunuşu

Rejissor bu sənəddə arxiv görüntülərindən, real sənədlərdən və Qərb mediasının faktlarından istifadə edərək, İslam İnqilabından sonrakı ən mühüm hadisələrdən biri 4 noyabr 1979-cu il tarixində ABŞ səfirliyinin ələ keçirilməsini yenidən təqdim edir.


“Qara Kodlar” nə deməkdir?

Burada qeyd olunmalıdır ki, “Qara Kodlar” ifadəsi on illərdir ki, ABŞ diplomatiyasının pərdəarxası gizli qalmış mürəkkəb şifrələr, sənədlər və faktlarına rəmzi bir işarədir. Geniş ictimaiyyət isə bu məsələyə indiyədək az diqqət göstərmişdir.

Rəvayətin mühəndisliyi və ictimai şüurun formalaşması

Sözügedən sənədli film, hadisənin siyasi və media aspektlərini təhlil edərək, hakim qüvvələrin necə “rəvayət mühəndisliyi” və media nəzarəti vasitəsilə ictimai şüuru formalaşdırdıqlarını nümayiş etdirir. Bu baxımdan film tarixi ilə media, sənəd ilə təfsir arasında yeni bir körpü yaradır.

Beynəlxalq arxivlərin potensialından düzgün və məqsədyönlü istifadə

Bu sənədli filmin mühüm üstünlüklərindən biri, beynəlxalq arxivlərin imkanlarından səmərəli və yerində istifadə olunmasıdır. Söhbət elə arxivlərdən gedir ki, onlar İran tamaşaçısının ixtiyarına nadir hallarda çatır. Bununla yanaşı, “Qara Kodlar” sənədli filmi casus yuvasının ələ keçirilməsi mövzusuna yeni bir baxış bucağından yanaşaraq, tamaşaçı üçün xüsusi maraq və cəlbedicilik yaradır.

Bəzi ekspertlərin “faktlara nəzarət yəni mənaya nəzarət deməkdir” fikrinə əsasən demək olar ki, hər bir tarixi hadisədə xüsusilə də siyasi və beynəlxalq mahiyyət daşıyan hadisələrdə, məsələn 4 noyabr 1979-cu il tarixində baş vermiş casus yuvasının ələ keçirilməsində eyni zamanda iki müstəvi formalaşır: Birincisi, real hadisələr müstəvisi, yəni obyektiv gerçəklikdə baş verənlər;
ikincisi isə fakt müstəvisi yəni medianın və ictimai şüurun bu hadisəni necə təqdim etməsidir.

Bu əsasda belə qənaətə gəlmək olar ki, faktları kim idarə edirsə, o da reallığı formalaşdırır. Məhz bu səbəbdən “Qara Kodlar” sənədli filmi tarixi və media mühitində rəvayətin əhəmiyyətinə və ona nəzarətin gücünə diqqət çəkir. Müasir media məkanında bu məsələ həlledici və strateji əhəmiyyət kəsb edir. Elə buna görə də film bu mövzuya müraciət etməklə ictimai və mədəni bir funksiyanı yerinə yetirməyə çalışır.

Həqiqəti qaranlıqda gizlədən kodlar

Filmin rejissoru həmçinin göstərir ki, casus yuvasının ələ keçirilməsindən sonra ABŞ hökuməti və onun mediası, xəbərlərin idarə edilməsi, görüntülərin seçilməsi və ifadə tonunun tənzimlənməsi vasitəsilə, hadisəyə özünəməxsus bir rəng forması vermişdir. Bu hadisədə iranlı tələbələr “terrorçular” kimi təqdim olunmuş, ABŞ səfirliyi isə “casusluq mərkəzi” deyil, guya “pozulmuş diplomatik məkan” kimi təsvir edilmişdir. Beləliklə, bütün hadisə 444 günlük girov böhranı çərçivəsində emosional bir dram kimi Qərb ictimaiyyətinə təqdim olunmuşdur.

Yuxarıdakı izahlardan aydın olur ki, ABŞ səfirliyindən əldə edilən sənədlər əksinə, səfirlik daxilində genişmiqyaslı casusluq fəaliyyətlərinin mövcud olduğunu sübut edir. Bununla belə, Qərb və Amerika mediası bu həqiqətləri bilərəkdən təhrif etmişdir.

Əslində, real hadisə ilə media faktları arasındakı bu ziddiyyət, filmin “Qara Kodlar” adında rəmzi şəkildə ifadə olunan əsas ideyasına işarə edir yəni o həmin kodlar həqiqət və reallığı qaranlıqda saxlamışdır.

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha